The Daily Baku
Antalyada sərnişin avtobusu dərəyə aşıb, səkkiz nəfər ölüb, 26-sı yaralanıb
1 fevral 2026
13:39

Türkiyənin Tekirdağ vilayətindən Antalyaya gedən sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.
"The Daily Baku" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Antalya valisi Hulusi Şahin bildirib.
"İlkin məlumata görə, avtobus qəzasında səkkiz vətəndaşımız ölüb, 26 nəfər yaralanıb", - vali deyib.
Qəza bu gün səhər saat 10:30 radələrində Antalya-İsparta magistral yolunda baş verib. Belə ki, sərnişin avtobusu Antalyanın girişində əsas yoldan çıxaraq aşıb və xəndəyə düşüb.
Əlavə məlumat veriləcək.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/antalyada-sernisin-avtobusu-dereye-asib-sekkiz-nefer-olub-26-si-yaralanib