Almaniya polisi miqrasiya sahəsində daha effektiv mexanizmlərə ehtiyac olduğunu vurğulayır

Almaniya polisləri hökumətin miqrasiya siyasəti səbəbindən özlərini "gücsüz" və "tərk olunmuş" hiss edirlər. Onların fikrincə, bu siyasət əcnəbilər tərəfindən cinayətkarlığın artmasına səbəb olub.
"Report"un məlumatına görə, araşdırmaçı jurnalist Liv fon Bettixer bunu Almaniyada onlarla polis əməkdaşının rəyini soruşduqdan sonra WELT nəşrinə müsahibəsində bildirib.
Müsahibə onun polislərlə söhbətlərə əsaslanan "Biz bu ölkəni itiririk" kitabının nəşri ilə üst-üstə düşür. Kitabın qısa hissəsində qeyd olunur ki, nəşr qorxu və qəzəb, zorakılıq, nəzarətin itirilməsi və uğursuz immiqrasiya siyasəti hekayələri təsvir olunur.
Jurnalistin sözlərinə görə, o, Berlindəki polis əməkdaşlarından xüsusən miqrant cinayətləri ilə bağlı çoxlu şikayətlər eşidib və bunu "gərginlik ocağı" adlandırıb.
Fon Bettixer iddia edir ki, bəzi polislər ona artıq bu ölkəni itirdiklərini və ya bu ölkənin bitdiyini deyiblər.
O, həmçinin Almaniyanın bəzi yüksək vəzifəli təhlükəsizlik rəsmilərinin son beş ildə vətəndaşlığa qəbul qərarlarının yenidən nəzərdən keçirilməsinin və yaşayış icazələrinin dayandırılmasının zəruriliyi barədə fikirlərini çatdırdı.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.