The Daily Baku
ABŞ rəsmisi Vaşinqton və Tehran arasında müzakirələrin gündəliyinə aydınlıq gətirib
21 iyun 2026
10:49

Tehranın nüvə proqramı və Livanda atəşkəs İsveçrədə keçiriləcək ABŞ-İran danışıqlarının əsas mövzuları arasında olacaq.
"The Daily Baku"nun məlumatına görə, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib.
"Düşünürəm ki, nüvə məsələsində və Livanda atəşkəs məsələsində irəliləyiş əldə edəcəyimizə ümid var. Bunlar diqqət yetirəcəyimiz iki əsas məsələdir. Əminəm ki, iranlıların müzakirə etmək istədiyi məsələlər də var", - o, İsveçrəyə yola düşməzdən əvvəl Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/abs-resmisi-vasinqton-ve-tehran-arasinda-muzakirelerin-gundeliyine-aydinliq-getirib