Almaniyanın müdafiə naziri Boris Pistorius elan olunmamış səfərlə Kiyevə gedib.
"The Daily Baku" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.
Səfəri zamanı Pistorius Ukrayna ilə yüksək texnologiyalı silahların hazırlanması sahəsində əməkdaşlığı müzakirə etmək niyyətindədir.
Onun sözlərinə görə, Berlin iki ölkə arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsində, o cümlədən yeni birgə Almaniya-Ukrayna müəssisələrinin yaradılmasında maraqlıdır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/almaniya-mudafie-naziri-ukraynada-gorusler-kecirecek
