The Daily Baku
AKTA və Yaponiyanın milli CERT qurumu əməkdaşlıq imkanlarını müzakirə edib
6 mart 2026
15:49

3 mart tarixində AKTA ilə Yaponiyanın milli CERT qurumunun nümayəndə heyəti arasında görüş keçirilib.
"The Daily Baku" xəbər verir ki, Yapon nümayəndə heyətini JPCERT/CC-nin Qlobal Koordinasiya Bölməsinin direktoru Koichiro Komiyama və təşkilatın təhdidlərin analizi üzrə analitiki Shihono Yonezawa təmsil ediblər.
Görüş zamanı tərəflər kibertəhlükəsizlik sahəsində ümumi əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
AKTA nümayəndələri və yapon heyəti qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/akta-ve-yaponiyanin-milli-cert-qurumu-emekdasliq-imkanlarini-muzakire-edib
Şəkil Qalereyası

Böyüt

Böyüt