AKTA Mərkəzi Aran regionunda kibertəhlükəsizlik üzrə təlimlərə qeydiyyat elan edir

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən təşkil edilən və CYBERSIGN şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən yeni təhsil layihəsi çərçivəsində kibertəhlükəsizlik üzrə təlimlərə qeydiyyata start verilib.
"The Daily Baku" xəbər verir ki, layihə 2026-cı ildə Mərkəzi Aran regionunu əhatə etməklə icra olunacaq və ilk təlimlərin Saatlı rayonunda keçirilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində Mərkəzi Aran regionunun gəncləri kibertəhlükəsizlik sahəsində praktiki və nəzəri biliklər əldə edəcək, peşəkar və beynəlxalq statuslu ekspertlərin iştirakı ilə keçirilən dərslərdə iştirak edəcəklər. Təlim prosesində həmçinin CISCO Network Academy beynəlxalq təlim platformasının təqdim etdiyi müasir tədris proqramlarından istifadə olunacaq.
Qeyd olunur ki, bu təşəbbüs AKTA-nın regionlarda həyata keçirdiyi ilk pilot layihədir. Layihənin uğurlu icrası halında, gələcək mərhələlərdə digər rayonları da əhatə etməsi planlaşdırılır.
Təlimlərdə iştirak etmək istəyən namizədlər qeydiyyat üçün aşağıdakı keçid vasitəsilə müraciət edə bilərlər:
https://tinyurl.com/4fm2dk8e
Müraciət üçün son tarix 15 fevral olaraq müəyyən edilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
Şəkil Qalereyası
