The Daily Baku
Aİ Yaxın Şərq üçün 450 milyon avrodan artıq humanitar dəstək ayırdı
16 mart 2026
16:00

Avropa İttifaqı (Aİ) Yaxın Şərq ölkələrinə 458 milyon avro məbləğində humanitar yardımın ayrılacağını elan edib.
''The Daily Baku'' xəbər verir ki, bu barədə Avropa Komissiyasının "X" sosial şəbəkəsindəki hesabında bildirilib.
"Biz Fələstin, Livan, Suriya, İordaniya və Misir əhalisinə dəstək məqsədilə humanitar yardıma 458 milyon avro ayırırıq. Heç kimin diqqətdən kənarda qalmaması üçün beynəlxalq humanitar hüquq normalarına riayət etməyə və tərəfdaşlarımızla əməkdaşlığa əvvəlki kimi sadiqik", - məlumatda qeyd edilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/ai-yaxin-serq-ucun-450-milyon-avrodan-artiq-humanitar-destek-ayirdi