The Daily Baku
Aİ və Türkiyə iqtisadi əməkdaşlığın gücləndirilməsi üzrə addımları müzakirə edib
6 fevral 2026
17:08

Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos və Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən görüş zamanı iqtisadi əlaqələrin inkişafını müzakirə ediblər.
"The Daily Baku" xəbər verir ki, bu barədə Marta Kos "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Avropada reallıqlar dəyişdikcə, biz Aİ və Türkiyə arasındakı münasibətlərə yenidən baxmalıyıq. Hakan Fidanla münasibətlərimizin gücləndirilməsi, regional infrastruktur layihələrinin təşviqi və iqtisadi əlaqələrimizin potensialının tam reallaşdırılması üçün zəruri olan addımları müzakirə etdim", - o yazıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/ai-ve-turkiye-iqtisadi-emekdasligin-guclendirilmesi-uzre-addimlari-muzakire-edib