The Daily Baku
Aİ Suriyanın yeni hakimiyyəti ilə yüksək səviyyəli siyasi dialoq keçirməyi planlaşdırır
17 aprel 2026
15:36

Avropa İttifaqı (Aİ) rəsmi siyasi təmasları bərpa edərək və daha sıx iqtisadi və müdafiə əməkdaşlığına yol açaraq, may ayında Suriyanın yeni hakimiyyəti ilə qarşılıqlı fəaliyyəti dərinləşdirməyi planlaşdırır.
"The Daily Baku" xəbər verir ki, bu barədə "Reuters" müvafiq sənədə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu, uzun illər dondurulmuş münasibətlərdən sonra Aİ-nin daha geniş siyasət dəyişikliyi çərçivəsində növbəti addımdır.
Aİ-nin diplomatik xidməti tərəfindən hazırlanmış sənədə əsasən, ittifaq Suriya ilə 1978-ci il əməkdaşlıq sazişini tam bərpa etmək və mayın 11-də ölkənin keçid hakimiyyəti ilə Yüksək Səviyyəli Siyasi Dialoq keçirmək niyyətindədir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/ai-suriyanin-yeni-hakimiyyeti-ile-yuksek-seviyyeli-siyasi-dialoq-kecirmeyi-planlasdirir