Ağdərə rayonunun Vəngli kəndinə 44 nəfərdən ibarət daha 10 ailə yola salınıb.
"The Daily Baku"un Qarabağ bürosu xəbər verir ki, Vəngli kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bununla Vəngli kəndinə qayıdan ailələrin ümumi sayı 137-yə (532 nəfər) çatacaq.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/agderenin-vengli-kendine-daha-10-aile-yola-salinib
