Ağdərə rayonu ərazisində yerləşən təlim mərkəzində 16–19 mart tarixlərində istismar müddəti bitmiş və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına əməl olunmaqla məhv ediləcək.
“The Daily Baku” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib: “Partlayış səsləri ilə bağlı əhalini təşvişə düşməməyə çağırırıq və narahatlıq üçün heç bir əsasın olmadığını diqqətə çatdırırıq.”
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/agderede-kohne-doyus-sursatlari-zerersizlesdirilecek
