The Daily Baku
Ağdaşda beş minə yaxın abonentin qaz təchizatında fasilə yaranacaq.
16 mart 2026
16:43

Sabah saat 10:00-dan etibarən Ağdaş rayonu Ləki qəsəbəsi, Yuxarı Ləki, Orta Ləki, Aşağı Ləki, Hapıtlı, Dovutlu, Binələr, Güvəkənd, Kotanarx, Cardam, Nehrəxəlil, Pirəyir, Cücük, Yenicə, Əmirarx kəndlərində cəmi 4 932 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
“The Daily Baku” xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılması Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində ortatəyziqli qaz xəttində aşkarlanmış qaz sızmasının ləğvi ilə əlaqədardır.
Qeyd edilib ki, təmir işləri başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/agdasda-bes-mine-yaxin-abonentin-qaz-techizatinda-fasile-yaranacaq