The Daily Baku
Adılbek Kasımaliyev: Azərbaycanın sədrliyi TDT-də əməkdaşlığı gücləndirəcək
2 aprel 2026
11:58

Azərbaycanın Türk Dövlətləri Təşkilatında (TDT) sədrliyi əməkdaşlığa yeni təkan verəcək.
"The Daily Baku"un məlumatına görə, bunu Qırğızıstanın Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşündə çıxışı zamanı deyib.
"Biz əminik ki, Azərbaycanın təşkilatda sədrliyi əməkdaşlığımıza yeni təkan verəcək və əvvəllər əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsini təmin edəcək", - o vurğulayıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/adilbek-kasimaliyev-azerbaycanin-sedrliyi-tdt-de-emekdasligi-guclendirecek