ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpini sentyabrın 24-də Vaşinqtona səfərə dəvət edib.
"The Daily Baku" xarici mediaya istinadən xəbər verir ki, o bunu Si Cinpinin Pekində Trampın şərəfinə verdiyi ziyafətdə söyləyib.
"Sizə və xanım Penqə (Penq Liyuan - Si Cinpinin həyat yoldaşı) sentyabrın 24-də bizi (ABŞ - red.) ziyarət etmək üçün dəvət göndərmək şərəfinə malikəm", - Tramp bildirib.
Tramp həmçinin qeyd edib ki, bu gün tərəflər çox məhsuldar danışıqlar aparıb, liderlərin bir çox müxtəlif məsələləri müzakirə etmək üçün "dəyərli" imkanları olub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/abscin-munasibetlerinde-yeni-diplomatik-addim-atilib
