The Daily Baku
ABŞ və İsrail zərbələrindən sonra Tehranın bir hissəsi işıqsız qalıb
31 mart 2026
11:34

İsrail və ABŞ-ın hava hücumlarından sonra Tehranın şərqindəki bir neçə ərazi elektriksiz qalıb.
"The Daily Baku" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, elektrik kəsilməsi, xüsusən də Piruzi rayonunda və İran paytaxtının digər şərq rayonlarında baş verib. Kommunal xidmət şirkətləri artıq elektrik enerjisinin bərpası üçün işlərə başlayıblar.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/abs-ve-israil-zerbelerinden-sonra-tehranin-bir-hissesi-isiqsiz-qalib