The Daily Baku
ABŞ və İran danışıqlarda güzəştlərə getməyə hazırdır - Hakan Fidan
12 fevral 2026
09:17

ABŞ və İran nüvə sazişi ilə bağlı kompromislərə hazırdır.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Onun sözlərinə görə, Vaşinqton Tehrandan uranın zənginləşdirilməsini tamamilə dayandırmaq tələbindən imtina edə bilər.
“Müsbət məqam ondan ibarətdir ki, görünür, amerikalılar dəqiq müəyyən edilmiş çərçivələr daxilində İranda uranın zənginləşdirilməsinə icazə verməyə hazırdırlar.
İranlılar indi başa düşürlər ki, amerikalılarla razılığa gəlmələri vacibdir, amerikalılar isə anlayırlar ki, iranlıların da öz limitləri var”, – deyə XİN rəhbəri qeyd edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/abs-ve-iran-danisiqlarda-guzestlere-getmeye-hazirdir-hakan-fidan