The Daily Baku
ABŞ səfiri: Sülh prosesinin məntiqi nəticəsi üçün Bakı və İrəvanla iş aparırıq
14 yanvar 2026
13:22

ABŞ sülh prosesinin məntiqi nəticəsinə nail olmaq üçün Ermənistan və Azərbaycanla işi davam etdirir.
"The Daily Baku" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn deyib.
"Ermənistan, Azərbaycan və digər regional tərəfdaşlarla işləməyə sadiq qalmağa davam edirik. Məqsəd atdığımız bütün addımların öz məntiqi nəticəsinin olması, Ermənistana və Azərbaycana ədalətli və davamlı sülh və rifah gətirməsidir", - diplomat qeyd edib.
Kuinn bu səylərin region üçün yeni dövrün başlanğıcı olacağına əminliyini ifadə edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/abs-sefiri-sulh-prosesinin-mentiqi-neticesi-ucun-baki-ve-irevanla-is-apaririq