The Daily Baku
ABŞ Rusiyaya qarşı bir sıra sanksiyaların müddətini daha bir il uzadıb
26 mart 2026
20:43
.jpg)
ABŞ Prezidenti Donald Tramp Moskvanın Amerika seçki proseslərinə müdaxiləsi və Ukraynaya genişmiqyaslı hücumu səbəbindən Rusiyaya qarşı tətbiq edilmiş ayrı-ayrı sanksiyaların müddətini bir il uzadıb.
Bu barədə məlumat ABŞ hökumətinin rəsmi sənədlərinin federal reyestrində öz əksini tapıb.
Qeyd olunub ki, Rusiyanın fəaliyyəti ABŞ-nin milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün qeyri-adi və fövqəladə təhlükə yaradır.
"Bu səbəbdən 14024 saylı fərmanla elan edilmiş sanksiyalarla bağlı fövqəladə vəziyyət 15 aprel 2026-cı ildən sonra da qüvvədə qalmalıdır", - məlumatda bildirilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/abs-rusiyaya-qarsi-bir-sira-sanksiyalarin-muddetini-daha-bir-il-uzadib