The Daily Baku
ABŞ Prezidenti: Türkiyə qoşunlarının Qəzza zolağında yerləşdirilməsinə etiraz etmirəm
30 dekabr 2025
09:38

ABŞ Prezidenti Donald Tramp Türkiyə qoşunlarının Qəzza zolağında yerləşdirilməsinə etiraz etməyəcəyini bildirib.
"The Daily Baku" xəbər verir ki, o, bu mövqeyini İsrailin Baş naziri Benyamin Netanyahu ilə Florida ştatının Vest Palm Biç şəhəri yaxınlığında yerləşən Mar-a-Laqo malikanəsində keçirilən danışıqların əvvəlində jurnalistlərin suallarını cavablandırarkən açıqlayıb.
“Çox şey Benyamin Netanyahudan asılı olacaq. Biz bunu müzakirə edəcəyik”, – deyə Tramp bildirib.
“Əgər hər şey qaydasındadırsa, düşünürəm ki, bu, yaxşı olar”, – deyə Ağ Ev rəhbəri əlavə edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/abs-prezidenti-turkiye-qosunlarinin-qezza-zolaginda-yerlesdirilmesine-etiraz-etmirem