ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Şimal dənizində neft hasilatından imtina etməsinin tamamilə dəlilik olduğunu bildirib.
"The Daily Baku" xəbər verir ki, o, bu barədə "Truth Social"da yazıb.
"Avropanın enerjiyə ehtiyacı var, bununla belə, Böyük Britaniya dünyanın ən böyük yataqlarından biri olan Şimal dənizində neft hasil etməkdən imtina edir. Faciəvidir!!!", - o yazıb.
Tramp qeyd edib ki, guya Norveç nefti, o cümlədən Böyük Britaniyaya ikiqat qiymətə sataraq əhəmiyyətli gəlir əldə edir.
"Onlar böyük sərvət qazanırlar. Şimal dənizində Norveçdən daha əlverişli mövqedə yerləşən Böyük Britaniya hasil etməlidir! Onların bunu etməməsi tamamilə məntiqsizdir", - o əlavə edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/abs-prezidenti-britaniyanin-neft-siyasetini-sert-tenqid-edib
