ABŞ-nin hərbi təyyarələri Britaniyada növbəti təlim uçuşları həyata keçirib

ABŞ Hərbi Hava Qüvvələrinin strateji bombardmançı təyyarələri Böyük Britaniyadakı Ferford aviabazasından növbəti təlim uçuşları keçirib.
"The Daily Baku"nun xəbərinə görə, bu, "Military Air Tracking Alliance" (MATA) aviasiya resursunun məlumatlarında qeyd olunub.
İki ədəd "B-1B Lancer" strateji bombardmançı təyyarəsi və bir ədəd "B-52H Stratofortress" cümə axşamı havaya qalxıb.
İranla mövcud atəşkəs razılaşmasına baxmayaraq, Amerika təyyarələri son günlər demək olar, hər gün doqquz saata qədər uçuşlar həyata keçirir.
Aviaresursun məlumatına görə, hazırda Ferford aviabazasında 15 ədəd B-1B Lancer" və səkkiz ədəd "B-52H Stratofortress" də daxil olmaqla Amerikanın 23 ədəd ağır bombardmançı təyyarəsi yerləşdirilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.