İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə danışıqların ikinci raundunda iştirak etmək üçün bu gün axşam nümayəndə heyəti ilə İslamabada yollana bilər.
''The Daily Baku'' xəbər verir ki, bu barədə Pakistanın "Geo TV" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ nümayəndə heyətinin mümkün gəlişinə hazırlığa cavabdeh olan amerikalı logistika və təhlükəsizlik mütəxəssisləri artıq Pakistanın paytaxtındadır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/abs-la-danisiqlar-ucun-eraqci-islamabada-gede-biler
