Çin yaxın bir neçə həftə ərzində İrana yeni hava hücumundan müdafiə (HHM) sistemləri tədarük etməyə hazırlaşır.
"The Daily Baku" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatı məlumat yayıb.
Bildirilib ki, Pekin HHM təchizatını mənşəyini gizlətmək üçün üçüncü ölkələr vasitəsilə yönləndirməyə çalışır.
Bununla yanaşı qeyd olunub ki, söhbət MANPADS kimi hava hücumundan müdafiə raket kompleksləri tədarükündən gedə bilər.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/abs-kesfiyyati-cinin-irana-hhm-desteyi-planlarini-aciqladi
