The Daily Baku
ABŞ İranla razılaşma baş tutmasa yenidən hərbi əməliyyata başlaya bilər
18 aprel 2026
10:51

Ağ Ev rəhbəri Donald Tramp bildirib ki, Tehranla danışıqlar nəticəsiz qalsa, Vaşinqton İrana qarşı hərbi əməliyyatlara qayıda bilər.
"The Daily Baku"nun məlumatına görə, Ağ Ev rəhbəri Vaşinqtona gedərkən Prezident təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bu barədə bildirib.
"Mən bunu uzatmaya bilərəm. Blokada qüvvədədir və təəssüf ki, bombalamağa davam etməli olacağıq", - o, Vaşinqton və Tehran mövcud atəşkəs müqaviləsinin çərşənbə günü bitməsindən əvvəl razılığa gələ bilməyəcəkləri təqdirdə, atəşkəsin uzadılması perspektivləri ilə bağlı suala cavabında deyib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/abs-iranla-razilasma-bas-tutmasa-yeniden-herbi-emeliyyata-baslaya-biler