The Daily Baku
ABŞ-ın Vitse-prezidenti: Əminəm ki, sülh sazişinin reallaşması gələcəkdə əmin-amanlıq yaradacaq
10 fevral 2026
20:45

Biz çalışırıq ki, iki ölkə arasında hər hansı bir toqquşma yenidən başlamasın, xalqlar arasında təmaslar qurulsun və biz bu yolla irəliləmək istəyirik.
Bu sözləri ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.
Sülh istiqamətində atılan addımlara toxunan Vitse-prezident əlavə edib: “Buna görə Prezident İlham Əliyevə böyük təşəkkür düşür”.
Sülh sazişinin reallaşmasının gələcəkdə əmin-amanlıq yaradacağına və münaqişənin qarşısını alacağına əminliyini ifadə edən Ceyms Devid Vens bunu Prezident İlham Əliyevin rəhbərlik keyfiyyətlərinin təzahürü adlandırıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/abs-in-vitse-prezidenti-eminem-ki-sulh-sazisinin-reallasmasi-gelecekde-emin-amanliq-yaradacaq