The Daily Baku
ABŞ-ın Vitse-prezidenti: Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik
10 fevral 2026
20:02
.jpg)
Düşünürəm ki, bu, ABŞ Prezidentinin missiyasının və xarici siyasətinin özəyidir. Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik.
Bu sözləri ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.
“Biz strateji tərəfdaşlıq sənədini imzaladıq. Fikrimcə, bu, tərəfdaşlığı rəsmiləşdirir və çox aydın şəkildə göstərir ki, ABŞ-Azərbaycan münasibətləri dayanıqlıdır və xalqlarımız üçün böyük nəticələr verməkdə davam edəcək”, - deyə o əlavə edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/abs-in-vitse-prezidenti-biz-umumi-maraqlar-esasinda-cixis-ede-ve-bir-birimizle-daha-boyuk-isler-qura-bilerik