The Daily Baku
ABŞ-ın müharibə naziri: Müctəba Xamenei yaralanaraq şikəst qalıb
13 mart 2026
16:42

İranın yeni Ali Rəhbəri Müctəba Xamenei yaralanıb.
"The Daily Baku" xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında bildirib.
Heqsetin sözlərinə görə, Müctəba Xamenei böyük ehtimalla şikəst qalıb.
Heqset Müctəba Xamenenin dünən xalqa müraciətinə də toxunub: “O, dünən müraciət etdi, amma nə səsi, nə də görüntüsü var idi. Bu, yalnız yazılı bir bəyanat idi. İranın çoxlu kameraları və çoxlu diktofonları var - bəs niyə ancaq yazılı bəyanat? Düşünürəm ki, siz bunun səbəbini bilirsiniz. O, qorxur. O, yaralanıb, qaçır və legitimliyi yoxdur. Bu, onlar üçün tam xaosdur”.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/abs-in-muharibe-naziri-mucteba-xamenei-yaralanaraq-sikest-qalib