The Daily Baku
ABŞ-ın bir qrup hərbçisinə Qətərdəki aviabazanı axşamadək tərk etmələri tövsiyə olunub
14 yanvar 2026
14:42

ABŞ-ın Qətərdə yerləşən Əl-Üdeyd hərbi aviabazasının şəxsi heyətinin bir hissəsi bazanı tərk edəcək.
"The Daily Baku" xəbər verir ki, “Reuters“ə danışan üç anonim mənbə şəxsi heyətin bir hissəsinə axşama qədər aviabazanı tərk etmək tövsiyə olunduğunu deyib.
Qeyd edək ki, 12 günlük müharibə dövründə ABŞ-ın İrana hücumlarından sonra İran sözügedən aviabazanı ballistik raketlərlə hədəfə alıb.
Bu aviabazada təxminən 10 minə qədər hərbçi var.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/abs-in-bir-qrup-herbcisine-qeterdeki-aviabazani-axsamadek-terk-etmeleri-tovsiye-olunub