SON XƏBƏRLƏR
Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|
Cümə axşamı, 4 İyun 2026
The Daily Baku
The Daily Baku
Cümə axşamı, 4 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Siyasət
  3. ABŞ eksperti: Bu gün Avrasiya ticarətinin taleyi Orta Dəhlizdən keçir
Siyasət

ABŞ eksperti: Bu gün Avrasiya ticarətinin taleyi Orta Dəhlizdən keçir

25 fevral 2026
13:32
ABŞ eksperti: Bu gün Avrasiya ticarətinin taleyi Orta Dəhlizdən keçir

Qlobal ticarət və nəqliyyat marşrutlarının kəskin şəkildə dəyişdiyi bir dövrdə Orta Dəhlizin artan rolu beynəlxalq ekspert dairələrində geniş müzakirə olunur.

Bunu “The Daily Baku”-ya açıqlamasında ABŞ-da fəaliyyət göstərən enerji strateqi, Corc Mason Universitetinin tədqiqatçısı Umud Şokri deyib.

Onun sözlərinə görə, Orta Dəhlizin əsas üstünlüyü Şərqi Asiya, xüsusilə Çin ilə Avropa arasında ən etibarlı və geosiyasi baxımdan təhlükəsiz quru ticarət marşrutu kimi çıxış etməsidir. Ekspert qeyd edib ki, bu dəhliz həm Rusiya, həm də İran ərazisindən yan keçdiyinə görə hazırkı beynəlxalq şəraitdə xüsusi əhəmiyyət daşıyır: “Şimal Dəhlizi Ukrayna müharibəsindən sonra Qərb sanksiyaları, tənzimləyici qeyri-müəyyənliklər, sığorta problemləri və reputasiya riskləri səbəbindən ciddi çətinliklərlə üzləşib. Digər tərəfdən, Süveyş kanalı və Qırmızı dəniz üzərindən keçən ənənəvi dəniz marşrutları təhlükəsizlik riskləri və müddətin uzanması ilə diqqət çəkir”.

Umud Şokri vurğulayıb ki, Orta Dəhliz bu fonda daha qısa tranzit müddəti, daha yüksək proqnozlaşdırıla bilənlik və geosiyasi şoklara qarşı davamlılıq təqdim edir. “Çin–Avropa daşımaları üzrə Orta Dəhlizdə orta tranzit müddəti təxminən 18 gün təşkil edir. Bu, bəzi hallarda Rusiyadan keçən marşrutdan da qısadır. Məhz bu səbəbdən dəhliz artıq sadəcə alternativ deyil, getdikcə üstünlük verilən strateji vektora çevrilir”, – deyə o bildirib.

Ekspertin fikrincə, bu marşrut üzrə yük həcmlərinin sürətlə artması da Orta Dəhlizə olan marağın real göstəricisidir. 2022-ci ildən əvvəl Çin–Avropa ticarətində payı 1 faizdən aşağı olan bu xətt üzrə daşımalar son illərdə kəskin artıb. “Təkcə 2024-cü ildə daşınan yüklərin həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. Proqnozlara görə, bu göstərici 2030-cu ilə qədər 11 milyon tonu ötə bilər”, – deyə Şokri qeyd edib. Onun sözlərinə görə, bu artım qlobal təchizat zəncirlərində diversifikasiya və ehtiyatlılıq strategiyalarının ön plana çıxması ilə birbaşa bağlıdır.

Açıqlamada Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasının Orta Dəhlizin inkişafına təsirinə də xüsusi yer ayrılıb. Umud Şokri bildirib ki, iki ölkə arasında sülh və ya ciddi normallaşma prosesi Cənubi Qafqaz seqmentində mövcud olan əsas maneələri aradan qaldıra və dəhlizin tam gücü ilə işləməsini təmin edə bilər. “2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunmuş razılaşmalar və onların davamı kimi gündəmə gələn ‘Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu’ – TRIPP bu baxımdan mühüm əhəmiyyət daşıyır. Ermənistanın Sünik vilayəti üzərindən keçəcək 43 kilometrlik bu multimodal xətt Azərbaycanı Naxçıvanla birləşdirməklə yanaşı, Türkiyə və Avropaya çıxışı da asanlaşdıracaq”, – deyə o vurğulayıb.

Ekspert qeyd edib ki, TRIPP layihəsi təkcə logistika deyil, həm də enerji, fiber-optik rabitə və potensial boru kəmərləri üçün yeni imkanlar yaradır. “Bu marşrut illik 15 milyon tona qədər əlavə yük daşıma potensialı formalaşdıra, regiondaxili ticarəti genişləndirə və iqtisadi qarşılıqlı asılılıq vasitəsilə uzunmüddətli sabitliyə töhfə verə bilər”, – deyə Umud Şokri bildirib. Onun fikrincə, bu proses eyni zamanda Qərb investisiyalarını cəlb edir və regional layihələri daha praktik mərhələyə keçirir.

Açıqlamada Azərbaycanın rolu ayrıca vurğulanıb. Umud Şokri Azərbaycanın bu geoiqtisadi transformasiyanın mərkəzində dayandığını bildirib: “Azərbaycan Xəzər keçidini Cənubi Qafqaz və Avropa ilə birləşdirən əsas həlqədir. Ələt və Bakı limanları, dəmir yolu infrastrukturu, rəqəmsal gömrük sistemləri və enerji layihələrinə yatırımlar ölkəni Orta Dəhlizin əməliyyat mərkəzinə çevirib”. O əlavə edib ki, Azərbaycanın enerji sahəsində qazandığı institusional təcrübə və çoxtərəfli əməkdaşlıq bacarığı bu prosesi daha da gücləndirir.

Ekspert xatırladıb ki, Azərbaycanın 2025-ci ildə Mərkəzi Asiya formatının C5-dən C6-ya genişlənməsində tamhüquqlu iştirakçıya çevrilməsi də Orta Dəhlizin vahid geoiqtisadi məkan kimi formalaşmasına təkan verib. “2026-cı ilin fevralında imzalanmış ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası isə Vaşinqtonun bu prosesdə Bakını əsas tərəfdaşlardan biri kimi gördüyünü açıq şəkildə nümayiş etdirir”, – deyə o qeyd edib.

Umud Şokri sonda bildirib ki, prosesin dayanıqlı olması üçün institusional mexanizmlərin gücləndirilməsi, TRIPP layihəsi üzrə idarəetmə və təhlükəsizlik məsələlərinin dəqiqləşdirilməsi, eləcə də Avropa və ABŞ maliyyə institutlarının daha fəal iştirakı vacibdir. “Bu addımlar atılarsa, Orta Dəhliz yaxın illərdə Qafqaz–Mərkəzi Asiya oxu üzrə yeni, sabit və etibarlı bağlantı modelinin əsasını qoya və Azərbaycanın orta güc kimi beynəlxalq mövqeyini daha da möhkəmləndirə bilər”, – deyə ekspert fikrini tamamlayıb.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/abs-eksperti-bu-gun-avrasiya-ticaretinin-taleyi-orta-dehlizden-kecir
Paylaş:

Xəbər lenti

  • Roma Papası İlham Əliyevi təbrik edib
    Roma Papası İlham Əliyevi təbrik edib
  • SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
    SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
  • Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
    Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
  • Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
    Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
  • Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib
    Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib