The Daily Baku
ABŞ-də Türkiyə nümayəndəsi ilə yüksək səviyyəli görüş keçiriləcək
11 may 2026
13:26

ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker Türkiyə xarici işlər nazirinin müavini Levent Gümrükçü ilə Dövlət Departamentində görüşəcək.
"The Daily Baku" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.
Görüş bu gün yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə 23:30-da) başlayacaq.
Danışıqların gündəliyi açıqlanmır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/abs-de-turkiye-numayendesi-ile-yuksek-seviyyeli-gorus-kecirilecek