ABŞ 75 ölkənin vətəndaşları üçün vizaların baxılmasını dayandırır

ABŞ Dövlət Departamenti müraciət edənlərin məlumatlarının yoxlanılmasını gücləndirmək məqsədilə 75 ölkənin vətəndaşları üçün bütün vizaların baxılmasını müvəqqəti olaraq dayandırır.
"The Daily Baku" xəbər verir ki, bu barədə "Fox News" Dövlət Departamentinə istinadən məlumat yayıb.
Konsulluq əməkdaşlarına müraciət edənlərin yoxlama və seçmə prosedurlarının yenidən gözdən keçirilməsi başa çatana qədər vizaların verilməməsini tapşırılıb.
Vizaların verilməsi dayandırılan ölkələrin siyahısına xüsusilə Somali, Rusiya, Əfqanıstan, Braziliya, İran, İraq, Misir, Nigeriya, Tailand, Yəmən və bir sıra digər dövlətlər daxildir.
Məhdudiyyətlər yanvarın 21-dən qüvvəyə minəcək və viza prosedurlarının yenidən qiymətləndirilməsi başa çatanadək qüvvədə qalacaq.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.