ANAMA ötən həftə 875 hektardan çox ərazini minalardan təmizləyib

İşğaldan azad olunan ərazilərdə yanvarın 5-11-dək 25 tank əleyhinə mina, 152 piyada əleyhinə mina, 636 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
"The Daily Baku"nun xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında bildirilib.
Məlumata əsasən, 875,1 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.