The Daily Baku
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının mükafat fondu açıqlanıb
24 dekabr 2025
10:52

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının mükafat fondu açıqlanıb.
"The Daily Baku" "CalcioFinanza"ya istinadən xəbər verir ki, turnir üçün ümumilikdə 727 milyon dollar mükafat ayrılacaq.
Dünya çempionu 50 milyon dollar qazanacaq. İkinci pillənin sahibi 33, üçüncü yeri tutacaq komanda isə 29 milyon dollar əldə edəcək. FIFA dördüncü pillənin sahibinə 27 milyon dollar mükafat ayıracaq.
Mundialda 1/4 finala vəsiqə qazananlar 19 milyon, 1/8 finalda iştirak edənlər 15 milyon dollar əldə edəcək. Qrup mərhələsini üçüncü sırada tamamlayanlar 11 milyon, dördüncü sırada bitirənlər isə 9 milyon dollar qazanacaq.
Bu, tarixdə ən yüksək pul mükafatının ayrıldığı dünya çempionatı olacaq.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/2026-ci-ilde-kecirilecek-futbol-uzre-dunya-cempionatinin-mukafat-fondu-aciqlanib