The Daily Baku
2026-cı ildə Azərbaycanda üç beynəlxalq boks turniri keçiriləcək
5 yanvar 2026
11:08

2026-cı ildə Azərbaycanda üç beynəlxalq boks turniri keçiriləcək.
"The Daily Baku" xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Hər üç yarış Bakı Boks Mərkəzində təşkil olunacaq.
Aprelin 2-8-i aralığında "Böyük İpək Yolu" turniri (böyüklər) baş tutacaq.
Mayın 2-8-də 17 yaşadək boksçular arasında Heydər Əliyev Kuboku, dekabrın 4-dən 10-dək isə Abbas Ağalarovun xatirəsinə həsr olunan turnir keçiriləcək.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/2026-ci-ilde-azerbaycanda-uc-beynelxalq-boks-turniri-kecirilecek