The Daily Baku
2025-ci ildə azad edilən ərazilərdə 3 minə yaxın insan işlə təmin olunub
27 yanvar 2026
12:11

Azad edilən ərazilərdə bugünədək 8 min vətəndaş işlə təmin edilib.
"The Daily Baku" xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov bu gün keçirilən mətbuat konfransında deyib.
Hasil Abbasovun sözlərinə görə, təkcə 2025-ci ildə 2 847 vətəndaş işlə təmin edilib:
"154 nəfər özünəməşğulluq proqramına cəlb edilib. Onların ümumi sayı 705-ə çatdırılıb.
Həmin şəxslərin 58 faizi dövlət, 42 faizi özəl sektorda çalışır".
Sədr əlavə edib ki, azad edilən ərazilərdə peşə hazırlığı tədbirlərinə cəlb edilən vətəndaşların sayı 360-ya çatır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/2025-ci-ilde-azad-edilen-erazilerde-3-mine-yaxin-insan-isle-temin-olunub