Ukraynanın üç vilayətində zərbələr nəticəsində itkilər qeydə alınıb

Son sutka ərzində Rusiyanın Ukraynanın Xarkov, Zaporojye və Sumı vilayətlərinə endirdiyi zərbələr nəticəsində üç nəfər həlak olub, 26 nəfər yaralanıb.
''The Daily Baku'' Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri və hüquq-mühafizə orqanları məlumat verib.
Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, Rusiya qoşunları Xarkova və regionun 26 yaşayış məntəqəsinə zərbələr endirib. Hücumlar nəticəsində bir nəfər həlak olub, 15 nəfər, o cümlədən bir uşaq xəsarət alıb.
Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun sözlərinə görə, sutka ərzində Rusiya qoşunları regionun 46 yaşayış məntəqəsinə 817 zərbə endirib. Kütləvi hücumlar nəticəsində 10 nəfər yaralanıb.
Ukrayna Milli Polisinin məlumatına görə, Sumı vilayətinin atəşə tutulması nəticəsində iki nəfər həlak olub, bir qadın yaralanıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.