Yük gəmisi Bəlhaf şəhərindən (Yəmən) 88 dəniz mili cənub-qərbdə hücuma məruz qalıb.
''The Daily Baku'' xəbər verir ki, bu barədə Böyük Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatında bildirilib.
"Göyərtəsində 6 silahlı şəxsin olduğu bir gəminin yük gəmisinə yaxınlaşdığı bildirib. Bu kiçik gəmi ilə yük gəmisinin mühafizəçiləri arasında atışma baş verib. Daha sonra kiçik gəmi geri çəkilib", - məlumatda qeyd edilib.
İnsidentlə bağlı araşdırma aparılır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/yemen-yaxinliginda-deniz-hucumu-bas-verib
