The Daily Baku
Türkiyə və Gürcüstan tərəfi regional sabitlik məsələləri barədə məlumatlandırılıb
8 iyun 2026
19:10

Gürcüstanlı və türkiyəli həmkarlarım - Maka Boçorişvili və Hakan Fidanı Azərbaycan və Ermənistan prosesi barədə məlumatlandırdım.
"The Daily Baku" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, prosesin tam dayanıqlı və davamlı sülhə çevrilməsi üçün, normal dövlətlərarası münasibətlərin qurulması, sazişə yekun imzanın qoyulması üçün həlli vacib olan məsələlərin tam yerinə yetirilməsi önəm kəsb edir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/turkiye-ve-gurcustan-terefi-regional-sabitlik-meseleleri-barede-melumatlandirilib