SON XƏBƏRLƏR
Ceyhun Bayramov Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmalarını tövsiyə edib|Paşinyan: Ermənistan üçün əsas prioritetlərdən biri Azərbaycanla sülh prosesinin institusional səviyyədə möhkəmləndirilməsidir|Tramp: İsrail və İran atəşi dərhal dayandırmalıdır|Filippində zəlzələ nəticəsində ölənlərin sayı 12-yə çatıb|Paşinyanın partiyası Ermənistanda seçkilərdə qalib gəlib|XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür|Binədə mağazada güclü yanğın qeydə alınıb|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|Ceyhun Bayramov Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmalarını tövsiyə edib|Paşinyan: Ermənistan üçün əsas prioritetlərdən biri Azərbaycanla sülh prosesinin institusional səviyyədə möhkəmləndirilməsidir|Tramp: İsrail və İran atəşi dərhal dayandırmalıdır|Filippində zəlzələ nəticəsində ölənlərin sayı 12-yə çatıb|Paşinyanın partiyası Ermənistanda seçkilərdə qalib gəlib|XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür|Binədə mağazada güclü yanğın qeydə alınıb|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|Ceyhun Bayramov Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmalarını tövsiyə edib|Paşinyan: Ermənistan üçün əsas prioritetlərdən biri Azərbaycanla sülh prosesinin institusional səviyyədə möhkəmləndirilməsidir|Tramp: İsrail və İran atəşi dərhal dayandırmalıdır|Filippində zəlzələ nəticəsində ölənlərin sayı 12-yə çatıb|Paşinyanın partiyası Ermənistanda seçkilərdə qalib gəlib|XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür|Binədə mağazada güclü yanğın qeydə alınıb|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|Ceyhun Bayramov Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmalarını tövsiyə edib|Paşinyan: Ermənistan üçün əsas prioritetlərdən biri Azərbaycanla sülh prosesinin institusional səviyyədə möhkəmləndirilməsidir|Tramp: İsrail və İran atəşi dərhal dayandırmalıdır|Filippində zəlzələ nəticəsində ölənlərin sayı 12-yə çatıb|Paşinyanın partiyası Ermənistanda seçkilərdə qalib gəlib|XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür|Binədə mağazada güclü yanğın qeydə alınıb|Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır|Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır|XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub|
Bazar ertəsi, 8 İyun 2026
The Daily Baku
The Daily Baku
Bazar ertəsi, 8 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Siyasət
  3. Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçıları İstanbul Bəyannaməsi imzalayıblar
Siyasət

Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçıları İstanbul Bəyannaməsi imzalayıblar

8 iyun 2026
17:06
Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçıları İstanbul Bəyannaməsi imzalayıblar

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirləri - Hakan Fidan, Maka Botçorişvili və Ceyhun Bayramov İstanbul Bəyannaməsi imzalayıblar.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 8-də İstanbulda Türkiyə XİN başçısı Hakan Fidanın dəvəti üç ölkənin xarici işlər nazirlərinin X Üçtərəfli Görüşü keçirilib.

Nazirlər,

Ölkələri arasında dərin dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimad ənənələrinə əsaslanan mükəmməl münasibətləri vurğulayaraq;

Siyasi, iqtisadi, ticarət, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələri daxil olmaqla, qarşılıqlı maraq doğuran bütün sahələrdə mövcud güclü əməkdaşlığı daha da irəli aparmaq istəklərini ifadə edərək;

Dayanıqlı sülh və sabitliyin bərqərar olmasına ölkələrinin verdiyi mühüm töhfələri yüksək qiymətləndirərək və bu yanaşmanın regionda və ondan kənarda inkişaf və rifah üçün əhəmiyyətini təsdiq edərək;

Yalnız bütün forma və təzahürlərdəki terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, kiberhücum və müharibənin hibrid formaları ilə məhdudlaşdırmadan ölkələrinin qarşı-qarşıya qaldığı artan təhdidləri diqqətə alaraq;

Regionda güclü iqtisadi profil yaratmaq üçün ölkələri arasında ticarət və investisiya münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini qəbul edərək;

Regional əməkdaşlıq, regionda iqtisadi artım və inkişaf üçün regional bağlantını həyati əhəmiyyət daşıyan element kimi təsdiq edərək;

Aşağıdakıları bəyan etdilər:

Dövlətlərinin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına güclü və birmənalı dəstəyini bir daha təsdiq etdilər;

Regional və qlobal çağırışları dəf etmək üçün güclü üçtərəfli əməkdaşlığın əhəmiyyətini vurğuladılar;

Əməkdaşlıq üçün regionun potensialının tam reallaşdırılması məqsədilə regional sülh, təhlükəsizlik və sabitliyin əhəmiyyətini vurğuladılar və hər üç ölkənin bu istiqamətdə müsbət rolunu təsdiq etdilər;

Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpasının son dərəcə vacib olduğunu bir daha ifadə etdilər;

Yaşıl enerji və aşağı karbonlu texnologiyalar daxil olmaqla, nəqliyyat və enerji sahələri üzrə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğuladılar;

Bakı-Tbilisi-Ceyhan Boru Kəməri və Cənub Qaz Dəhlizinin regional və Avropanın enerji təhlükəsizliyinə strateji töhfəsini yüksək qiymətləndirdilər;

Hava, dəmir yolu və avtomobil yolları əlaqələrinin və regional bağlantının təkmilləşdirilməsi və gücləndirilməsi imkanlarından istifadə etmək də daxil olmaqla, insanlar arasında təmasların, təhsil, sosial və mədəni mübadilələrin, turizm və İKT-nin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladılar;

Türkiyə, Azərbaycan və Gürcüstanın ərazisindən keçən dəmir yolu əsaslı multimodal nəqliyyat dəhlizi olan Trans-Xəzər Şərq-Qərb Orta Dəhlizi daxil olmaqla, ölkələrinin tranzit potensialının gücləndirilməsi istiqamətində atdıqları mühüm addımları, həmçinin beynəlxalq tranzit sisteminə inteqrasiya səylərini qeyd etdilər;

Orta Dəhliz çərçivəsində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əsas rolunu vurğuladılar və iyunun 2-də Gürcüstanın Axalkalaki Beynəlxalq Dəmir Yolu Stansiyasında BTQ Dəmir Yolu Layihəsi çərçivəsində modernləşdirmə işlərinin başa çatması münasibətilə keçirilən tədbiri alqışladılar;

Türkiyə, Azərbaycan, Qazaxıstan və Gürcüstanın xarici işlər nazirləri və nəqliyyat sahəsinə məsul nazirləri mexanizmi vasitəsilə regional bağlantının gücləndirilməsi istiqaməti üzrə əməkdaşlığın dərinləşdirilməsinə sadiqliklərini bir daha təsdiq etdilər;

Enerji sahəsində strateji tərəfdaşlığı vurğuladılar və yaşıl enerjinin nəqli və ticarəti məqsədli interkonnektorlardan istifadə də daxil olmaqla, bu tərəfdaşlığın davam etdirilməsi və daha da genişləndirilməsinə tam dəstəklərini bir daha təsdiq etdilər;

Bərpa olunan enerjidən səmərəli istifadə daxil olmaqla, dayanıqlı artım sahəsində əməkdaşlığı dəstəklədilər;

Ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə üzrə regional əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin vacibliyini vurğuladılar;

Bu çərçivədə, Türkiyənin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) sədrliyini alqışladılar;

Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) uğurlu ev sahibliyini və onun beynəlxalq əməkdaşlığın, dialoqun və dayanıqlı inkişafın irəliyə aparılmasına verdiyi töhfəni yüksək qiymətləndirdilər;

Terrorizmin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, o cümlədən silahların, narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsi, insan alveri, miqrant qaçaqmalçılığı, çirkli pulların yuyulması, mədəni və tarixi irsə qarşı cinayətlər və kibercinayətkarlıqla mübarizə məqsədilə müvafiq beynəlxalq və regional alətlərə uyğun olaraq əməkdaşlığın gücləndirilməsinə sadiqliklərini bir daha yenilədilər;

Səmərəli və nəticə yönümlü layihələr vasitəsilə qarşılıqlı maraq doğuran iqtisadi sahələrdə davamlı və gücləndirilmiş əməkdaşlığa təminat verdilər;

Qarşılıqlı maraq doğuran sahələrdə investisiyaların daha da həvəsləndirilməsinə, habelə iqtisadi əməkdaşlığın təşviqi məqsədilə ixrac-idxal imkanları və yeni modallıqlarının araşdırılması daxil olmaqla, üç dövlətin işgüzar dairələri, ticarət və sənaye palataları, eləcə də sənaye və biznes assosiasiyaları vasitəsilə bu istiqamətdə birbaşa təmasların saxlanılmasına hazır olduqlarını ifadə etdilər;

Bu baxımdan, 26 fevral 2026-cı il tarixində Gürcüstanın Tsinandali şəhərində yeddinci "Türkiyə-Azərbaycan-Gürcüstan Biznes Forumu"nun keçirilməsini alqışladılar;

Üç ölkə arasında yaradılmış üçtərəfli mexanizmlərin, o cümlədən parlamentlərarası əməkdaşlığın uğurunu vurğuladılar;

Dövlətlərinin beynəlxalq təşkilatlar çərçivəsində mümkün olduqca bir-birinin namizədliklərini dəstəkləməsi daxil olmaqla, fəal əməkdaşlığını yüksək qiymətləndirdilər;

Nazirlər görüşün uğurla təşkilinə görə Türkiyə Respublikasının xarici işlər naziri cənab Hakan Fidana dərin təşəkkürlərini ifadə etdilər;

Nazirlər üçtərəfli görüşlərin müntəzəm keçirilməsinin vacibliyini vurğuladılar və On Birinci Üçtərəfli Görüşün 2027-ci ildə qarşılıqlı şəkildə razılaşdırılacaq tarixlərdə Gürcüstanda keçirilməsinə qərar verdilər.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/turkiye-azerbaycan-ve-gurcustan-xin-bascilari-istanbul-beyannamesi-imzalayiblar
Paylaş:

Xəbər lenti

  • Özbəkistanda qazdoldurma stansiyasında partlayış nəticəsində altı nəfər ölüb
    Özbəkistanda qazdoldurma stansiyasında partlayış nəticəsində altı nəfər ölüb
  • Türkiyənin XİN rəhbəri Azərbaycan xalqına həmrəylik mesajı göndərib
    Türkiyənin XİN rəhbəri Azərbaycan xalqına həmrəylik mesajı göndərib
  • Ceyhun Bayramov Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmalarını tövsiyə edib
    Ceyhun Bayramov Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmalarını tövsiyə edib
  •     Əraqçi regional təhlükəsizlik məsələləri üzrə diplomatik məsləhətləşmələr keçirib
    Əraqçi regional təhlükəsizlik məsələləri üzrə diplomatik məsləhətləşmələr keçirib
  •     Azərbaycan və Türkiyə XİN başçıları arasında mühüm görüş keçirilib
    Azərbaycan və Türkiyə XİN başçıları arasında mühüm görüş keçirilib