The Daily Baku
Pakistan ABŞ-İran danışıqlarının növbəti mərhələsi barədə məlumat yayıb
24 iyun 2026
14:23

ABŞ və İran arasında texniki danışıqlar müvəqqəti fasilədən sonra gələn həftə bərpa olunacaq.
"The Daily Baku" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Tahir Andrabi bu gün keçirilən brifinqdə deyib.
"Texniki danışıqlar gələn həftənin əvvəlində bərpa olunacaq. Bu, müvəqqəti fasilədir və danışıqlar prosesi davam etdiriləcək", - o bildirib.
XİN nümayəndəsi qeyd edib ki, vasitəçi ölkələr olan Pakistan və Qətərin texniki qrupları 60 gün ərzində yekun sülh sazişinin əldə olunmasına yönəlmiş İslamabad anlaşma memorandumunun icrasına dəstək məqsədilə yaxın həftələrdə amerikalı və iranlı həmkarları ilə işi davam etdirəcəklər.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/pakistan-abs-iran-danisiqlarinin-novbeti-merhelesi-barede-melumat-yayib