Ukrayna Rusiyanın Orenburq vilayətindəki qaz sənayesi obyektinə dron ilə zərbə endirib.
"The Daily Baku" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.
Məlumata görə, müəssisənin ərazisində bir neçə yanğın qeydə alınıb.
Yerli sakinlərin sözlərinə görə, ən azı üç pilotsuz uçuş aparatı ilə zərbə endirilib.
Hücum fonunda Orenburq hava limanı hava gəmilərinin qəbulunu və yola salınmasını müvəqqəti dayandırıb. Oxşar məhdudiyyətlər Orsk və Yasnıda tətbiq edilib, orada da təhlükəsizlik mülahizələrinə görə hava əlaqəsi dayandırılıb.
Orenburq vilayəti qubernatorunun sözlərinə görə, vilayət mərkəzindəki sənaye müəssisəsinin üzərində bir neçə PUA vurulub. Zərərçəkənlər barədə məlumat daxil olmayıb. Hadisə yerində təcili xidmətlər çalışır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
