ABŞ Prezidenti Donald Tramp 7-8 iyulda Ankarada keçiriləcək NATO sammitində müttəfiqlərini bir daha müdafiə xərclərini artırmağa çağıracaq.
''The Daily Baku''nun məlumatına görə, bu barədə "Reuters" agentliyi ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən xəbər verib.
Mənbənin sözlərinə görə, 7 iyulda keçiriləcək zirvədə iştirak edəcək Tramp şəxsən NATO müttəfiqlərini müdafiə xərclərini artırmağa çağıracaq.
Sammit çərçivəsində ABŞ rəhbəri həmçinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Əhməd əl-Şara ilə görüşəcək və mətbuat konfransında çıxış edəcək.
Ağ Ev sözçüsü qeyd edib ki, zirvədə milyardlarla dollarlıq hərbi müqavilələrin elan olunması gözlənilir. O, əlavə məlumat verməyib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
