SON XƏBƏRLƏR
Tamştatlı müəllimlər sertifikasiyaya cəlb edilməyəcək|DTX rəisinin müavini: Aşkarlanan 32 kütləvi məzarlıqdan 893 insan qalıqları tapılıb|Ərdoğan “Türk əsri” konsepsiyasını prioritet adlandırıb|İlham Əliyev "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil| Türkiyə MN Azərbaycana sarsılmaz dəstəyini bir daha bəyan edib| Bakı türk dünyasının maliyyə əməkdaşlığına dair vacib tədbirə ev sahibliyi edəcək| AEBA ilə əməkdaşlıq məsələsi yenidən diplomatik gündəmə gəlib| Livan və İsrail nümayəndələri yenidən danışıqlar masası arxasına əyləşiblər| Hakan Fidan Azərbaycan səfirini qəbul edib|Tamştatlı müəllimlər sertifikasiyaya cəlb edilməyəcək|DTX rəisinin müavini: Aşkarlanan 32 kütləvi məzarlıqdan 893 insan qalıqları tapılıb|Ərdoğan “Türk əsri” konsepsiyasını prioritet adlandırıb|İlham Əliyev "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil| Türkiyə MN Azərbaycana sarsılmaz dəstəyini bir daha bəyan edib| Bakı türk dünyasının maliyyə əməkdaşlığına dair vacib tədbirə ev sahibliyi edəcək| AEBA ilə əməkdaşlıq məsələsi yenidən diplomatik gündəmə gəlib| Livan və İsrail nümayəndələri yenidən danışıqlar masası arxasına əyləşiblər| Hakan Fidan Azərbaycan səfirini qəbul edib|Tamştatlı müəllimlər sertifikasiyaya cəlb edilməyəcək|DTX rəisinin müavini: Aşkarlanan 32 kütləvi məzarlıqdan 893 insan qalıqları tapılıb|Ərdoğan “Türk əsri” konsepsiyasını prioritet adlandırıb|İlham Əliyev "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil| Türkiyə MN Azərbaycana sarsılmaz dəstəyini bir daha bəyan edib| Bakı türk dünyasının maliyyə əməkdaşlığına dair vacib tədbirə ev sahibliyi edəcək| AEBA ilə əməkdaşlıq məsələsi yenidən diplomatik gündəmə gəlib| Livan və İsrail nümayəndələri yenidən danışıqlar masası arxasına əyləşiblər| Hakan Fidan Azərbaycan səfirini qəbul edib|Tamştatlı müəllimlər sertifikasiyaya cəlb edilməyəcək|DTX rəisinin müavini: Aşkarlanan 32 kütləvi məzarlıqdan 893 insan qalıqları tapılıb|Ərdoğan “Türk əsri” konsepsiyasını prioritet adlandırıb|İlham Əliyev "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil| Türkiyə MN Azərbaycana sarsılmaz dəstəyini bir daha bəyan edib| Bakı türk dünyasının maliyyə əməkdaşlığına dair vacib tədbirə ev sahibliyi edəcək| AEBA ilə əməkdaşlıq məsələsi yenidən diplomatik gündəmə gəlib| Livan və İsrail nümayəndələri yenidən danışıqlar masası arxasına əyləşiblər| Hakan Fidan Azərbaycan səfirini qəbul edib|
Çərşənbə axşamı, 30 İyun 2026
The Daily Baku
The Daily Baku
Çərşənbə axşamı, 30 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Siyasət
  3. İsrail XİN rəsmisi: Azərbaycan İsrail üçün etibarlı tərəfdaşdır – MÜSAHİBƏ
Siyasət

İsrail XİN rəsmisi: Azərbaycan İsrail üçün etibarlı tərəfdaşdır – MÜSAHİBƏ

30 iyun 2026
10:41
İsrail XİN rəsmisi: Azərbaycan İsrail üçün etibarlı tərəfdaşdır – MÜSAHİBƏ

Qlobal geosiyasi dəyişikliklərin beynəlxalq münasibətlər sistemini yenidən formalaşdırdığı bir dövrdə regional tərəfdaşlıqların əhəmiyyəti daha da artır.

"The Daily Baku" regional sabitlik, iqtisadi inteqrasiya, innovasiya, nəqliyyat bağlantıları və Azərbaycan-İsrail əməkdaşlığının gələcək perspektivləri barədə İsrail Xarici İşlər Nazirliyinin Avrasiya və Qərbi Balkanlar üzrə baş direktor müavini Yuval Fuks ilə söhbət edib.

– Cənubi Qafqazda geosiyasi proseslərin sürətlə dəyişdiyi bir dövrdə Azərbaycanın regional sabitlik və təhlükəsizlik baxımından rolunu necə qiymətləndirirsiniz?

– Açığı, bu gün dünyada baş verən dəyişikliklər yalnız Qafqazla məhdudlaşmır. Regionumuzda, Yaxın Şərqdə ciddi proseslər gedir. Eyni zamanda, artıq dörd ildən çoxdur davam edən Ukrayna müharibəsinin Avropaya və transatlantik münasibətlərə təsirlərini də müşahidə edirik.

Hazırda beynəlxalq sistemdə böyük transformasiya dövründən keçirik. Bu proseslərin hara aparacağını və gələcəkdə hansı qlobal düzənin formalaşacağını dəqiq proqnozlaşdırmaq çətindir.

Mənə elə gəlir ki, bugünkü vəziyyət müəyyən mənada Berlin divarının dağıldığı və Sovet İttifaqının süqut etdiyi 1990-cı illərin əvvəllərini xatırladır. Ola bilsin ki, yeni dünya nizamının formalaşmasının şahidi oluruq.

Təbii ki, bu proseslər çoxsaylı çağırışlar yaradır. Bunların sırasında regional təhlükəsizlik məsələləri, davam edən müharibələr, həmçinin su ehtiyatları, iqlim dəyişiklikləri və digər qeyri-hərbi problemlər də var.

Lakin bütün bu çətinliklərlə yanaşı, yeni imkanlar da yaranır.

Mən hesab edirəm ki, Azərbaycan Qafqaz və Mərkəzi Asiyanın aparıcı ölkələrindən biridir. O, regionda sabitliyin dayağıdır və bu mürəkkəb dövrdə İsrail üçün etibarlı tərəfdaş olaraq qalır.

Azərbaycanda öyrəndiyim bir ifadəni işlətmək istərdim: Azərbaycan öz regionunun “cazibə mərkəzi”dir. Qeyri-sabitliklə xarakterizə olunan müasir dünyada dostluğumuzu daha da möhkəmləndirmək və əməkdaşlığımızı genişləndirmək üçün böyük potensial mövcuddur.

– Sizcə, regionda davamlı sülhə və iqtisadi inteqrasiyanın güclənməsinə töhfə vermək üçün Azərbaycan və İsrail arasında əməkdaşlıq hansı istiqamətlərdə genişləndirilə bilər?

– Ənənəvi əməkdaşlıq sahəsi kimi enerji sektorunu qeyd etmək olar. Bu istiqamətdə əməkdaşlığımız uzun illərdir uğurla inkişaf edir.

Lakin bu sahədə də yeni mərhələyə qədəm qoyuruq. Azərbaycan artıq təkcə İsrail üçün enerji təchizatçısı deyil, eyni zamanda bu sahədə investor kimi də çıxış edir.

Mən hesab edirəm ki, münasibətlərimiz tədricən sadəcə təchizat və istehlak modelindən real tərəfdaşlıq modelinə keçir.

Bu yanaşma enerji sektorunda artıq özünü göstərir. Gələcəkdə isə su idarəçiliyi, kənd təsərrüfatı, kibertəhlükəsizlik, səhiyyə, aviasiya və kosmik texnologiyalar kimi sahələr əməkdaşlığın əsas istiqamətlərinə çevrilə bilər.

Bu sahələrin hər biri böyük potensiala malikdir və bəzi istiqamətlər üzrə əməkdaşlıq artıq başlanıb.

– Orta Dəhlizin qlobal əhəmiyyəti artdıqca, İsrail Azərbaycanın Avropa, Mərkəzi Asiya və Yaxın Şərqi birləşdirən strateji tərəfdaş kimi rolunu necə qiymətləndirir? Bu marşrut İsrail üçün hansı yeni imkanlar yarada bilər?

– Əslində, Bakıdan başlayan və Azərbaycan ərazisindən keçən müəyyən enerji dəhlizləri artıq mövcuddur. Məsələn, Bakı–Tbilisi–Ceyhan neft kəməri. İsrailin istehlak etdiyi neftin əhəmiyyətli hissəsi Azərbaycandan və ya Azərbaycan üzərindən Qazaxıstandan gəlir.

Əgər söhbət konkret olaraq Mərkəzi Asiya və Çini Avropa ilə birləşdirən Orta Dəhlizdən gedirsə, bu istiqamətdə daha geniş araşdırmalar aparılmalıdır. Biz bu marşrutun təqdim etdiyi imkanları daha yaxşı öyrənməli və İsrailin bu prosesdən necə faydalana və ya ona hansı töhfələri verə biləcəyini müəyyənləşdirməliyik.

– İsrail innovasiya, süni intellekt və qabaqcıl texnologiyalar sahəsində dünyanın aparıcı mərkəzlərindən biri hesab olunur. Azərbaycanın bu istiqamətdə potensialını necə qiymətləndirirsiniz və ikitərəfli əməkdaşlıq hansı sahələrdə daha sürətlə inkişaf edə bilər?

– Bu ilin yanvar ayında nazir Saarın səfəri zamanı Azərbaycanın kibertəhlükəsizlik və rəqəmsallaşma kimi sahələrin inkişafına böyük maraq göstərdiyini öyrənmək mənim üçün çox maraqlı oldu.

Bu istiqamətlər gələcəkdə neft sektorunun yaratdığı əlavə dəyərin qorunması və davamlı iqtisadi inkişaf üçün xüsusi əhəmiyyət daşıyacaq.

Məni xüsusilə heyran edən məqam Azərbaycanın enerji profisitinə malik azsaylı ölkələrdən biri olması və bu resursları ixrac edə bilməsidir.

Lakin bundan daha önəmlisi, Azərbaycan rəhbərliyinin gələcəyi düşünərək bu üstünlükləri necə qorumaq və yeni üstünlüklər yaratmaq barədə strateji yanaşma sərgiləməsidir.

Məncə, inkişaf məhz belə planlaşdırılmalıdır – mövcud üstünlükləri qorumaqla yanaşı, yenilərini də formalaşdırmaq lazımdır.

Məhz bu nöqtədə süni intellekt, rəqəmsallaşma və innovasiya ön plana çıxır.

Bu texnologiyalar enerji, səhiyyə, maliyyə və bir çox digər sahələrdə tətbiq oluna bilər. Mən həmin sektorların hər biri üzrə mütəxəssis deyiləm, lakin əminəm ki, hər iki ölkənin ekspertləri prioritet istiqamətləri müəyyənləşdirərək uğurlu əməkdaşlıq qura bilərlər.

Qeyd etdiyim kimi, bu proses artıq başlayıb.

– İsrail texnologiya şirkətlərinin, innovasiya mərkəzlərinin və startap ekosistemlərinin Azərbaycandakı fəaliyyətinin genişlənməsi üçün hansı imkanları görürsünüz? Yaxın gələcəkdə konkret birgə layihələrin həyata keçirilməsi mümkündürmü?

– Əlbəttə, bu istiqamətdə geniş imkanlar mövcuddur.

Bununla belə, konkret investisiya və biznes qərarlarını özəl sektor verməlidir. Potensial kifayət qədər böyükdür.

Hazırda Bakıda İsrail texnologiyalarının iştirak etdiyi innovasiya mərkəzləri fəaliyyət göstərir. Bildiyim qədərilə, Technion və bəzi digər İsrail qurumları da müxtəlif layihələrdə təmsil olunurlar.

Hazırda konkret şirkət və ya layihənin adını çəkmək istəməzdim, lakin biznes nümayəndə heyətlərinin sayının artması və hökumətlərarası əməkdaşlığın genişlənməsi mövcud imkanları daha da artırır.

Düzünü desəm, əməkdaşlığın qarşısında ciddi maneələr görmürəm. Əgər hansısa maneələr qalırsa, bizim vəzifəmiz onları aradan qaldırmaq və yeni qapılar açmaqdır.

Bu gün biznes, sahibkarlar və innovatorlar üçün bütün imkanlar mövcuddur.

Ölkələrimiz arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, Birgə İqtisadi Komissiyanın fəaliyyəti və liderlər arasında müntəzəm təmaslar çox yüksək səviyyədədir. Yüksək səviyyəli qarşılıqlı səfərlər də münasibətlərin inkişafına mühüm töhfə verir və biz Azərbaycandan İsrailə daha çox yüksək səviyyəli səfərlər görməkdən məmnun olarıq.

İsrail COP29 da daxil olmaqla Bakıda keçirilən beynəlxalq sərgilərdə, konfranslarda və digər mühüm tədbirlərdə fəal iştirak edir.

Başqa sözlə, əməkdaşlıq üçün zəruri təməl artıq formalaşıb. İnfrastruktur mövcuddur.

Bundan sonrakı mərhələdə əsas söz biznes dairələrinin, tədqiqat institutlarının, sahibkarların və innovatorların olacaq. Onlar mövcud imkanlardan istifadə etməli, tərəfdaşlıqlar qurmalı və əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlər müəyyən etməlidirlər.

Əminəm ki, yaxın gələcəkdə bu səylərin konkret nəticələrini görəcəyik.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/israil-xin-resmisi-azerbaycan-israil-ucun-etibarli-terefdasdir-musahibe
Paylaş:

Xəbər lenti

  • Tamştatlı müəllimlər sertifikasiyaya cəlb edilməyəcək
    Tamştatlı müəllimlər sertifikasiyaya cəlb edilməyəcək
  • DTX rəisinin müavini: Aşkarlanan 32 kütləvi məzarlıqdan 893 insan qalıqları tapılıb
    DTX rəisinin müavini: Aşkarlanan 32 kütləvi məzarlıqdan 893 insan qalıqları tapılıb
  • Tramp ABŞ-İran danışıqlarının keçiriləcəyi yeri və vaxtı açıqlayıb
    Tramp ABŞ-İran danışıqlarının keçiriləcəyi yeri və vaxtı açıqlayıb
  • Rusiya Müdafiə Nazirliyi yeni yaşayış məntəqəsinin ələ keçirildiyini açıqlayıb
    Rusiya Müdafiə Nazirliyi yeni yaşayış məntəqəsinin ələ keçirildiyini açıqlayıb
  • XİN İsrail hökumətinin qərarı ilə bağlı bəyanat yayıb
    XİN İsrail hökumətinin qərarı ilə bağlı bəyanat yayıb