The Daily Baku
İran Prezidenti maliyyə məsələsində müsbət nəticə gözlədiklərini bildirib
21 iyun 2026
15:30

Bu gün İsveçrədə danışıqlar prosesinin başlaması ilə Qətərdə bloklanmış 6 milyard dollarımız geri qaytarılacaq.
"The Daily Baku" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, ABŞ-nin sanksiyaları səbəbindən İranın neft satışından əldə etdiyi vəsaitlər bəzi ölkə banklarında bloklanıb:
"Tehran hökuməti ABŞ-la danışıqlarda sanksiyaların aradan qaldırılmasını və bloklanmış vəsaitlərin geri qaytarılmasını istəyir".
O, ABŞ ilə əldə edilən razılaşmanın şərtlərinin ölkəsinin xeyrinə olduğunu bildirib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/iran-prezidenti-maliyye-meselesinde-musbet-netice-gozlediklerini-bildirib