The Daily Baku
İran 6 milyard dollarlıq dondurulmuş vəsaitinə yenidən çıxış əldə edib
29 iyun 2026
14:59

İran Prezidenti Məsud Pezeşkian ölkənin Qətərdə dondurulmuş 6 milyard dollarının blokdan çıxarılması ilə bağlı məlumatları təsdiqləyib.
''The Daily Baku'' xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"Həyata keçirilən proqrama uyğun olaraq, İranın Qətərdəki 12 milyard dollar məbləğində vəsaitindən 6 milyard dolları blokdan çıxarılacaq və ölkəyə daxil olacaq. Qalan vəsaitlərin qaytarılmasına gəldikdə isə, hazırda bunun üzərində iş aparılır", - Pezeşkian bildirib.
Onun sözlərinə görə, hökumət eyni zamanda iqtisadiyyatın bərpası və əhaliyə dəstək proqramlarının icrasını davam etdirir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/iran-6-milyard-dollarliq-dondurulmus-vesaitine-yeniden-cixis-elde-edib