Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Antoniu Joze Sequrunu bu ölkənin milli bayramı münasibətilə təbrik edib.
"The Daily Baku"nun məlumatına görə, təbrikdə deyilir:
"Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
İnanıram ki, qarşılıqlı hörmət üzərində qurulmuş Azərbaycan-Portuqaliya əlaqələrinin inkişafı və əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim rifah və firavanlıq diləyirəm".
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/ilham-eliyev-portuqaliyali-hemkarini-tebrik-edib
