Son 5 gün ərzində Hörmüz boğazından sutkada orta hesabla 34 olmaqla ümumilikdə 172 gəmi keçib.
"The Daily Baku" xarici mediaya istinadla xəbər verir ki, “Kpler” və “MarineTraffic” şirkətlərinin məlumatlarına görə, ABŞ və İran arasında Hörmüz boğazının açılmasını nəzərdə tutan razılaşmanın əldə edilməsindən sonra iyunun 18-də boğazdan 41, ayın 19-da 22, iyunun 20-də 42, ayın 21-də 28 və iyunun 22-də isə 39 gəmi keçib. Hazırda Hörmüz boğazında ticarət gəmilərinin hərəkəti müharibədən əvvəlki səviyyənin 25 faizinə çatıb. Xüsusilə xam neft və neft məhsullarının danınmasında əhəmiyyətli artım var.
İyunun 22-də boğazdan keçən gəmilər arasında İran nefti daşıyan tankerlər diqqət çəkib. Ötən gün Hörmüzdən ən azı 7 milyon barel İran xam nefti daşıyan 4 supertanker keçib. Son 5 gündə Hörmüz boğazından 13 milyon bareldən çox İran xam nefti keçərək beynəlxalq alıcılara çatıb. Bu dövrdə Bosfor boğazından keçən Səudiyyə Ərəbistanı, İraq, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən neftlə yüklənmiş xam neft tankerlərinin sayında da əhəmiyyətli artım müşahidə olunub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
