The Daily Baku
Azərbaycan və İslam Maliyyə Xidmətləri Şurası əməkdaşlıq perspektivlərini nəzərdən keçirib
22 iyun 2026
11:31

Azərbaycan və İslam Maliyyə Xidmətləri Şurası arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Mərkəzi Bankdan verilən məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilmiş 51-ci İllik Toplantıları çərçivəsində ölkəmizdə səfərdə olan İslam Maliyyə Xidmətləri Şurasının baş katibi Qiyat Şabsiq ilə görüşüb. Görüş çərçivəsində maliyyə sektorunun inkişaf dinamikası müzakirə olunub, maliyyə inklüzivliyinin genişləndirilməsi, sektorun dayanıqlılığının artırılması istiqamətində həyata keçirilən təşəbbüslər üzrə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycan-ve-islam-maliyye-xidmetleri-surasi-emekdasliq-perspektivlerini-nezerden-kecirib