The Daily Baku
Pakistan ordusu qəza zamanı həlak olan hərbçilərlə bağlı məlumat yayıb
11 iyun 2026
15:40

İyunun 10-da Pakistanda, Müzəffərabad yaxınlığında Mi-17 hərbi helikopterinin qəzaya uğraması nəticəsində azı 22 hərbi qulluqçu həlak olub.
"The Daily Baku" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Pakistanın təhlükəsizlik xidmətlərindəki mənbələr məlumat verib.
Onların məlumatına görə, həlak olanlar arasında 19 əsgər, bir mayor və iki polkovnik var.
Xatırladaq ki, ötən gün Pakistanda ordu aviasiyasının "Mi-17" helikopteri qəzaya uğrayıb. İlkin olaraq müəyyən edilib ki, helikopter texniki nasazlıq səbəbindən havaya qalxarkən qəzaya uğrayıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/pakistan-ordusu-qeza-zamani-helak-olan-herbcilerle-bagli-melumat-yayib