Gürcüstan və Çin strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edir

Gürcüstan və Çin ikitərəfli münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çıxarmaq niyyətindədir.
"The Daily Baku" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, müvafiq niyyət iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü münasibətilə Çin Sədri Si Cinpin və Gürcüstan Prezidenti Mixael Kavelaşvilinin bir-birinə ünvanlandığı təbrikdə əks olunub.
Bu məlumat Gürcüstan mediasında da geniş işıqlandırılıb. Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili Çinin Gürcüstandakı səfiri Çjou Tsyanla birgə brifnqdə sözügedən mövzuya toxunub.
"Qarşılıqlı faydalı və səmərəli əməkdaşlıq üçün geniş imkanlar yaradan möhkəm tərəfdaşlıqda yeni səhifə açılıb", - Xvtisiaşvili bəyan edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.